8 iyun 2026. Bazar ertəsi

“Barselona” kolumbiyalı futbolçunu gündəminə aldı


  • Transfer
  • 23:24 07.06.2026
  • Oxunma sayı: 45
“Barselona” kolumbiyalı futbolçunu gündəminə aldı

İspaniyanın “Barselona” klubu İtaliyanın “Bolonya” komandasının futbolçusu Con Lukumini transfer etmək niyyətindədir.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Diario AS” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, Kataloniya təmsilçisi 27 yaşlı kolumbiyalı müdafiəçinin transfer variantını ciddi şəkildə nəzərdən keçirir.

Bildirilir ki, “Bolonya” futbolçunun satışından 20–25 milyon avro gəlir əldə etməyi planlaşdırır.

Qeyd edək ki, Con Lukumi 2022-ci ildə Belçikanın “Genk” klubundan “Bolonya”ya 8 milyon avro qarşılığında transfer olunub. Onun İtaliya klubu ilə müqaviləsi 2027-ci il iyunun 30-dək qüvvədədir.

2025/26 mövsümündə 27 yaşlı müdafiəçi bütün turnirlərdə 43 oyunda meydana çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 22 milyon avro olaraq göstərilir.







Transfer