8 iyun 2026. Bazar ertəsi

İslandiyalı hücumçunun “Yuventus” keçidi baş tutmaya bilər


  • Transfer
  • 23:30 07.06.2026
  • Oxunma sayı: 33
İslandiyalı hücumçunun “Yuventus” keçidi baş tutmaya bilər

“Fiorentina”nın hücumçusu Albert Qudmundssonun yay transfer pəncərəsində komandasını dəyişməsi gündəmdə olsa da, onun “Yuventus”a keçidi real görünmür.

90deqiqe.Azxəbər verir ki, bu barədə “Tuttosport” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, islandiyalı futbolçunun nümayəndələri onun üçün yeni klub axtarışını davam etdirir və artıq oyunçunun xidmətlərini Turin təmsilçisinə də təklif ediblər.

Bildirilib ki, mümkün transfer icarə variantı da nəzərə alınmaqla “Yuventus”a 15–18 milyon avroya başa gələ bilər. Lakin klub rəhbərliyi və baş məşqçi Luçano Spaletti futbolçunun transferinə tam müsbət yanaşmır.

Qeyd olunur ki, “Yuventus” hücum xəttini gücləndirməyi planlaşdırsa da, Qudmundsson hazırda əsas prioritetlər sırasında deyil və klub digər variantları da dəyərləndirir.

Xatırladaq ki, 28 yaşlı futbolçu ötən mövsüm 46 oyunda 10 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer