9 iyun 2026. Çərşənbə axşamı

Jiru "Lill"lə müqaviləsini uzatdı


  • Transfer
  • 21:54 08.06.2026
  • Oxunma sayı: 45
Jiru "Lill"lə müqaviləsini uzatdı

Fransa millisinin sabiq hücumçusu Olivye Jiru karyerasını "Lill"də davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, 39 yaşlı futbolçu ilə yeni müqavilə imzalanıb. Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, təcrübəli forvardın sözləşməsi 2027-ci ilin yayına qədər uzadılıb.

Xatırladaq ki, Olivye Jiru ötən yay "Lill"ə transfer olunmuşdu. O, komandanın heyətində keçirdiyi 44 rəsmi oyunda 11 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Lill" 2025/2026 mövsümündə Fransa çempionatını üçüncü pillədə başa vuraraq 2026/2027 mövsümü üçün UEFA Çempionlar Liqasının ümumi mərhələsinə vəsiqə qazanıb.







Transfer