- Transfer
- 23:59 08.06.2026
"Real Madrid" prezidenti Florentino Peres klubun yay transfer planları ilə bağlı diqqətçəkən açıqlama verib.
90deqiqe.Az-ın məlumata görə, Madrid təmsilçisi Fransa millisinin müdafiəçisi İbrahima Konateni heyətinə qatmağa yaxındır. Bildirilir ki, futbolçu artıq "kral klubu" ilə müqavilə imzalayıb və dünya çempionatından sonra komandanın düşərgəsinə qoşulacaq.
Transfer rəsmiləşəcəyi təqdirdə, Konate "Real Madrid"də çıxış edən beşinci fransalı futbolçu olacaq. Hazırda komandanın heyətində Kilian Mbappe, Orelyen Çuameni, Eduardo Kamavinqa və Ferlan Mendi yer alırlar.
Qeyd edək ki, Florentino Peres növbəti müddət üçün yenidən "Real Madrid"in prezidenti seçilib. Klub rəhbərliyi yeni mövsüm öncəsi heyətin gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Xatırladaq ki, "Real Madrid" 2025/2026 mövsümünü titulsuz başa vurub. Madridlilər İspaniya çempionatında ikinci yeri tutublar.