- Transfer
- 23:59 08.06.2026
"Everton" müdafiəçisi Vitali Mikolenko ilə müqavilənin müddətini uzadıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, Ukrayna millisinin üzvü ilə imzalanan yeni müqavilə 2029-cu ilin yayına qədər qüvvədə olacaq.
27 yaşlı futbolçu 2022-ci ildə Kiyev "Dinamo"sundan "Everton"a transfer olunub. O, ötən mövsüm İngiltərə Premyer Liqasında 33 oyunda meydana çıxıb və bir məhsuldar ötürmə ilə yadda qalıb.
Mikolenko həmçinin İngiltərə Liqa Kubokunda iki, İngiltərə Kubokunda isə bir görüşdə forma geyinib.
Qeyd edək ki, "Everton" 2025/2026 mövsümünü Premyer Liqada 13-cü pillədə başa vurub. Liverpul təmsilçisi mövsüm ərzində 49 xal toplayıb.