- Transfer
- 23:59 08.06.2026
İtaliyanın "Fiorentina" klubu baş məşqçi postuna Fabio Qrossonu təyin edib.
90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, 48 yaşlı mütəxəssislə 2028-ci il iyunun 30-dək nəzərdə tutulan müqavilə imzalanıb.
Fabio Qrosso məşqçilik karyerası ərzində "Breşia", "Sion", "Frozinone" və Fransanın "Olimpik Lion" klublarında çalışıb. İtaliyalı mütəxəssisin son iş yeri isə "Sassuolo" olub.
Qeyd edək ki, "Fiorentina" ötən mövsüm A Seriyasında 42 xalla 15-ci pillədə qərarlaşıb. Florensiya təmsilçisi UEFA Konfrans Liqasında isə 1/4 final mərhələsinə qədər irəliləyib.
Xatırladaq ki, Fabio Qrosso baş məşqçi vəzifəsində Paolo Vanolini əvəz edib.