9 iyun 2026. Çərşənbə axşamı

"Borussiya" gənc müdafiəçi üçün danışıqlara başladı


  • Transfer
  • 22:36 08.06.2026
  • Oxunma sayı: 43
"Borussiya" gənc müdafiəçi üçün danışıqlara başladı

Dortmund "Borussiya"sı yay transfer pəncərəsində heyətini gənc futbolçu ilə gücləndirməyə hazırlaşır.

90deqiqe.Az-ın “Record"a istinadən məlumatına görə, Almaniya təmsilçisi Portuqaliyanın "Alverka" klubunda çıxış edən 20 yaşlı mərkəz müdafiəçisi Bastien Mepiyu ilə bağlı danışıqlara start verib.

Məlumata görə, "Borussiya" artıq futbolçu üçün 12 milyon avro dəyərində ilkin təklif göndərib. Müqaviləyə əlavə olaraq 5 milyon avro bonusların da daxil edilməsi nəzərdə tutulur.

Bildirilir ki, Dortmund klubu yanvar ayından etibarən futbolçunu skautlar vasitəsilə izləyir. Mepiyu 2024-cü ilin yayında Fransanın "Nant" klubundan "Vulverhempton"a transfer olunub, lakin əsas heyətdə möhkəmlənə bilməyib və "Alverka"ya icarəyə verilib.

Portuqaliya klubunda uğurlu mövsüm keçirən müdafiəçi bütün turnirlərdə 32 oyunda meydana çıxıb və komandasının orta sıralarda mövsümü başa vurmasına töhfə verib.

Qeyd olunur ki, "Vulverhempton" futbolçunun geri satınalma hüququnu saxlayır. Lakin klubun Premyer Liqadan düşməsindən sonra İngiltərə təmsilçisinin satışa üstünlük verə biləcəyi və gələcək transferdən 50 faiz pay şərti ilə razılaşa biləcəyi bildirilir.

"Borussiya" isə Mepiyunu gələcək üçün perspektivli rotasiya oyunçusu kimi dəyərləndirir və müdafiə xəttində mümkün dəyişiklikləri nəzərə alaraq transferə maraq göstərir.







Transfer