9 iyun 2026. Çərşənbə axşamı

Serbiyalı mütəxəssis Yunanıstan çempionu ilə yoluna davam edir


  • Transfer
  • 22:52 08.06.2026
  • Oxunma sayı: 25
Serbiyalı mütəxəssis Yunanıstan çempionu ilə yoluna davam edir

Yunanıstanın AEK klubu baş məşqçi Marko Nikolçiçlə yeni müqavilə imzalayıb.

90deqiqe.Az-ın məlumata görə, serbiyalı mütəxəssislə imzalanan yeni sözləşmə 2029-cu ilin yayına qədər qüvvədə olacaq.

Nikolçiç 2025-ci ildə Afina təmsilçisinə rəhbərlik etməyə başlayıb və ilk mövsümündə komandanı Yunanıstan çempionu edib.

Qeyd edək ki, 45 yaşlı mütəxəssis karyerası ərzində Rusiyanın “Lokomotiv” (2020–2021) və “ÇSKA” (2024–2025) klublarında da çalışıb. Onun məşqçilik təcrübəsinə həmçinin “Partizan”, “Fehervar” və digər komandalar daxildir.

AEK Yunanıstan futbolunun ən titullu klublarından biridir. Afina təmsilçisi 14 dəfə ölkə çempionu olub, 16 dəfə kuboku qazanıb və 2 dəfə Superkubokun qalibi adını əldə edib.







Transfer