- Transfer
- 23:59 08.06.2026
İsveçrənin “Sanqallen” klubu keçmiş futbolçusu İrundu Musavu-Kinqin vəfat etdiyini açıqlayıb.
90deqiqe.Az-ın məlumata görə, 34 yaşlı sabiq futbolçu cümə günü dünyasını dəyişib.
“Futbol klubu “Sanqallen” keçmiş oyunçusu İrundu Musavu-Kinqin itkisinə görə dərin kədər hissi keçirir. O, 2017/2018 mövsümündə komandamızın heyətində çıxış edib və yaşıl-ağ formada 17 rəsmi oyunda meydana çıxıb. Onun ailəsinə, yaxınlarına və bütün doğmalarına başsağlığı veririk və bu ağır günlərdə onlara güc arzulayırıq”, - deyə klubun açıqlamasında bildirilib.
Qeyd edək ki, Musavu-Kinq karyerası ərzində Fransanın “Kan”, İspaniyanın “Qranada”, İtaliyanın “Udineze” klublarında və digər komandalarında da çıxış edib.