- Transfer
- 23:59 08.06.2026
“Real Madrid” heyətini baş məşqçi Joze Mourinyonun tələblərinə uyğun şəkildə gücləndirməyi planlaşdırır.
90deqiqe.Az-ın “AS"a istinadən məlumatına görə, portuqaliyalı mütəxəssisin “kral klubu”na təyinatı yaxın günlərdə rəsmiləşə bilər.
Bildirilir ki, Madrid təmsilçisi Denzel Dyumfris və İbrahima Konatenin transferi üzərində çalışır. Bununla yanaşı, klubun transfer siyahısı daha genişdir.
“Real” həmçinin “Mançester Siti”nin müdafiəçisi Yoşko Qvardiol və “Arsenal”ın futbolçusu Rikkardo Kalafiori ilə də maraqlanır. Mourinyo bu oyunçuların həm mərkəz müdafiəsində, həm də sol cinahda çıxış edə bilməsini yüksək qiymətləndirir və onların sayəsində taktiki çevikliyi artırmağı planlaşdırır.
Qeyd olunur ki, AS nəşrinin məlumatına görə, Kalafiorinin transferi Qvardiola nisbətən daha real variant hesab olunur.
Xatırladaq ki, Mourinyonun gəlişi ilə “Real Madrid”də yeni transfer strategiyasının formalaşacağı gözlənilir.