- Transfer
- 23:59 08.06.2026
İtaliyanın “Torino” klubu baş məşqçi postuna İnyatsio Abatenin təyin olunması ilə bağlı prinsipial razılığa gəlib.
90deqiqe.Az-ın məlumata görə, 39 yaşlı mütəxəssislə 2028-ci ilin yayına qədər müqavilə imzalanacaq. Tərəflər yaxın günlərdə anlaşmanın son detalları üzərində işləyəcək.
Qeyd olunur ki, Abate bu vəzifə uğrunda İvan Yuriç, Eusebio Di Françesko və Alberto Jilardino kimi namizədləri geridə qoyub.
İnyatsio Abate üçün bu təyinat məşqçilik karyerasında ilk ciddi addım olacaq. O, ötən mövsüm “Yuventus Stabia” klubunu çalışdıraraq komandanı İtaliya B Seriyasında 7-ci yerə çıxarıb.
Xatırladaq ki, Abate futbolçu kimi “Milan”ın heyətində 200-dən çox oyuna çıxıb və İtaliya çempionluğu qazanıb.
“Torino” 2025/2026 mövsümünü A Seriyasında 12-ci pillədə başa vurub.