- Transfer
- 23:59 08.06.2026
İspaniyanın “Barselona” klubu hazırda İtaliyanın “Komo” komandasına rəhbərlik edən Sesk Fabreqası gələcək baş məşqçi vəzifəsi üçün əsas namizədlərdən biri kimi dəyərləndirir.
90deqiqe.Az-ın məlumata görə, bu barədə "AS" nəşri məlumat yayıb.
Bildirilir ki, Kataloniya klubunun idman strukturu, başda Deku olmaqla, Fabreqasa prioritet namizədlərdən biri kimi yanaşır və onunla bağlı uzunmüddətli plan hazırlayır.
Məlumata görə, “Barselona” nümayəndələri artıq Fabreqasla ilkin əlaqələr quraraq 2028-ci ildə Hansi-Diter Flikin müqaviləsi başa çatdıqdan sonra mümkün keçid variantını müzakirə ediblər. Həmçinin “Komo” klubu ilə də bir neçə ay əvvəl ilkin təmasların olduğu qeyd olunur.
Qeyd edək ki, Sesk Fabreqas 2024-cü il iyulun 19-da “Komo”nun baş məşqçisi təyin olunub və klubla dörd illik müqavilə imzalayıb. Onun rəhbərliyi altında İtaliya təmsilçisi ötən mövsüm A Seriyasında uğurlu çıxış edərək UEFA Çempionlar Liqasına vəsiqə qazanıb.