- Transfer
- 23:45 09.06.2026
“Real” klubu Alvaro Arbeloanın komandanın baş məşqçisi vəzifəsindən azad edib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Klubun yaydığı bəyanatda Alvaro Arbeloaya göstərdiyi fədakarlığa, peşəkarlığa və Madrid təmsilçisinin dəyərlərinə sadiqliyinə görə təşəkkür edilib.
Qeyd edək ki, Arbeloa ötən mövsümün gedişində “Real”ın baş məşqçisi təyin olunmuşdu. O, vəzifəsindən uzaqlaşdırılan Xabi Alonsonu əvəz etmişdi.
Arbeloanın rəhbərliyi altında Madrid təmsilçisi Çempionlar Liqasının dörddəbir final mərhələsində Almaniyanın “Bavariya” klubuna məğlub olaraq mübarizəni dayandırıb. Komanda həmçinin İspaniya çempionatında çempionluq yarışında “Barselona”ya uduzub.
Məlumata görə, Madrid klubunun növbəti baş məşqçisi Joze Mourinyo olacaq.