9 iyun 2026. Çərşənbə axşamı

“Atletiko” Xulian Alvaresi 150 milyon avroya satmaqdan imtina etdi


  • Transfer
  • 22:18 09.06.2026
  • Oxunma sayı: 40
“Atletiko” Xulian Alvaresi 150 milyon avroya satmaqdan imtina etdi

“Real” klubu “Atletiko”nun hücumçu Xulian Alvareslə bağlı göndərilən təklifi rədd etdiyini açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, “kral klubu” argentinalı futbolçunun transferi üçün 150 milyon avro təklif edib. “Atletiko” isə marağa görə təşəkkür etsə də, futbolçunun müqaviləsində nəzərdə tutulan sərbəstqalma məbləğini əsas gətirərək təklifi qəbul etməyib.

Bildirilib ki, Xulian Alvaresin müqaviləsində yer alan sərbəstqalma məbləği 500 milyon avro təşkil edir.

Xatırladaq ki, “Real”ın yenidən prezident seçilən rəhbəri Florentino Peres bundan əvvəl klubun həftə ərzində adı açıqlanmayan bir futbolçu üçün 150 milyon avroluq rəsmi təklif göndərəcəyini bildirmişdi.

Daha sonra məlum olub ki, söhbət məhz Xulian Alvaresdən gedir.







Transfer