1 oktyabr 2026. Cümə axşamı

“Çelsi” yeddi futbolçunu satışa çıxarmayacaq


  • Transfer
  • 22:21 09.06.2026
  • Oxunma sayı: 140
“Çelsi” yeddi futbolçunu satışa çıxarmayacaq

“Çelsi” klubu yay transfer dövründə bir sıra futbolçularla bağlı təklifləri nəzərdən keçirməyəcək.

90deqiqe.Az-ın məlumatına görə, komandanın yeddi futbolçusu satışa çıxarılmayacaq. Bunlar Ris Ceyms, Koul Palmer, Moyses Kaysedo, Levi Kolvill, Estevao, Joao Pedro və Coş Açimponqdur.

Bildirilir ki, London təmsilçisi yay transfer pəncərəsində adıçəkilən oyunçuların heç biri ilə yollarını ayırmağı planlaşdırmır.

Xatırladaq ki, “Çelsi”nin yeni baş məşqçisi vəzifəsinə Xabi Alonso təyin olunub. İspaniyalı mütəxəssis London klubu ilə 2030-cu il iyunun 30-dək nəzərdə tutulan müqavilə imzalayıb.

Mütəxəssis iyulun 1-dən etibarən vəzifəsinin icrasına başlayacaq.

2025/26 mövsümünün yekunlarına əsasən, “Çelsi” İngiltərə çempionatının turnir cədvəlini 10-cu pillədə başa vurub.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir