- Transfer
- 23:45 09.06.2026
"Yuventus"dan ayrılacağı gözlənilən Duşan Vlahoviç karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
90deqiqe.Az-ın “La Gazzetta dello Sport"a istinadən məlumatına görə, “Çelsi” klubu artıq təcrübəli futbolçunun atası və eyni zamanda meneceri olan Miloş Vlahoviçlə ilkin danışıqlar aparıb.Serbiyalı hücumçunun atası ilə Avropanın daha üç tanınmış klubunun nümayəndələri də əlaqə saxlayıblar. Söhbət Almaniyanın “Bavariya”, İspaniyanın “Barselona” və İngiltərənin “Nyukasl” klublarından gedir.
Xatırladaq ki, “Yuventus”un rəhbərlərindən Corco Kyellininin daha əvvəl verdiyi açıqlamaya əsasən, Duşan Vlahoviç bu yay Turin təmsilçisindən ayrılacaq. Futbolçu hazırkı maaş şərtləri ilə karyerasını İtaliyada davam etdirmək niyyətində deyil.
Serbiyalı hücumçu son dörd mövsümdür “Yuventus”un formasını geyinir.
O, ötən mövsüm bütün yarışlarda 10 qol vurub və cəmi 23 rəsmi oyunda meydana çıxıb.