- Transfer
- 23:56 09.06.2026
“Nottingem Forest”in baş məşqçisi Vitor Pereyranın karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, 58 yaşlı portuqaliyalı mütəxəssisin xidmətində “Əl-Hilal” klubu maraqlıdır.
Səudiyyə Ərəbistanı təmsilçisi təcrübəli çalışdırıcıya yüksək məbləğli əməkhaqqını nəzərdə tutan sərfəli müqavilə təklif etməyə hazırdır.
Bildirilir ki, “Nottingem Forest” rəhbərliyi də məşqçini komandada saxlamaq niyyətindədir. Bu məqsədlə klub Pereyraya yeni müqavilə təklif edib. Halbuki onun hazırkı sözləşməsi 2027-ci ilə qədər qüvvədədir.
Vitor Pereyranın rəhbərlik etdiyi komanda ötən mövsüm İngiltərə çempionatında 38 xal toplayaraq turnir cədvəlini 16-cı pillədə başa vurub və elitadakı yerini qorumağı bacarıb.