10 iyun 2026. Çərşənbə

“Real” Şlotterbek üçün hərəkətə keçdi


  • Transfer
  • 22:40 09.06.2026
  • Oxunma sayı: 36
“Real” Şlotterbek üçün hərəkətə keçdi

“Borussiya Dortmund” klubunun müdafiəçisi Niko Şlotterbek yaxın çevrəsinə “Real” klubunda karyerasını davam etdirmək istədiyini bildirib.

90deqiqe.Az-ın “Bild"ə istinadən məlumatına görə, “kral klubu”nun nümayəndələri artıq “Borussiya”ya futbolçunun transferi ilə bağlı təklif hazırlayır.

Şlotterbekin müqaviləsində 50–60 milyon avro məbləğində sərbəstqalma bəndinin olduğu qeyd edilir.

Xatırladaq ki, almaniyalı müdafiəçi bu ilin 10 aprel tarixində Dortmund klubu ilə yeni, beş illik müqavilə imzalamışdı.

Niko Şlotterbek “Borussiya”nın heyətində “Frayburq”dan transfer olunduqdan sonra son dörd mövsümdür çıxış edir.

Futbolçu Almaniya millisinin 2026-cı ildə keçiriləcək dünya çempionatının heyətinə də daxil edilib. Turnirin startına isə artıq iki gün qalıb.







Transfer