10 iyun 2026. Çərşənbə

“Borussiya” Asllani transferi üçün hərəkətə keçdi


  • Transfer
  • 22:58 09.06.2026
  • Oxunma sayı: 40
“Borussiya” Asllani transferi üçün hərəkətə keçdi

“Borussiya Dortmund” klubu “Hoffenhaym”ın hücumçusu Fisnik Asllaniyə marağını davam etdirir.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə “Bild” nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, futbolçunun ətrafı ilə klub arasında artıq danışıqlar aparılıb və Kosovo millisində çıxış edən 23 yaşlı hücumçu mümkün transferə müsbət yanaşır.

“Borussiya”da isə qeyd olunur ki, konkret addımlar yalnız heyətdə dəyişikliklərdən sonra atılacaq.

Hazırda Seru Quirassi və Kərim Adeyemi ilə bağlı vəziyyət həlledici hesab olunur: hər iki futbolçu klubda qaldığı müddətdə Asllaninin transferi ehtimalı aşağı qiymətləndirilir.

Asllani daha əvvəl “Elversberq”dəki çıxışları ilə diqqət çəkib, daha sonra isə “Hoffenhaym”da Bundesliga səviyyəsində özünü təsdiqləyib.

O, ötən mövsümdə klub səviyyəsində 35 oyunda 11 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun hazırkı müqaviləsində 25–30 milyon avro aralığında sərbəstqalma bəndi yer alır.







Transfer