10 iyun 2026. Çərşənbə

“Hoffenhaym” “Tvente”nin müdafiəçisini heyətinə qatdı


  • Transfer
  • 23:34 09.06.2026
  • Oxunma sayı: 28
“Hoffenhaym” “Tvente”nin müdafiəçisini heyətinə qatdı

“Hoffenhaym” Niderlandın “Tvente” klubunun sol cinah müdafiəçisi Mats Rotsun transfer edib.

90deqiqe.Az-ın məlumata görə, 20 yaşlı futbolçu Almaniya Bundesliqası təmsilçisi ilə uzunmüddətli müqavilə imzalayıb.

Razılaşmanın maliyyə detalları açıqlanmayıb.

Ötən mövsüm Niderland çempionatında Rots 34 oyunda meydana çıxaraq 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

O, “Tvente”nin əsas komandasında ümumilikdə 50 matçda çıxış edib və 5 qol vurub.

Futbolçu Niderlandın gənclər millisinin üzvüdür.

Qeyd edək ki, “Hoffenhaym” ötən mövsüm Bundesliqanı 61 xal toplayaraq 5-ci pillədə başa vurub.







Transfer