10 iyun 2026. Çərşənbə

“Arsenal” türk futbolçunun transferindən imtina etdi


  • Transfer
  • 23:40 09.06.2026
  • Oxunma sayı: 39
“Arsenal”  türk futbolçunun transferindən imtina etdi

“Arsenal” klubu yay transfer dövründə heyətini gücləndirmək üçün fəal iş aparmağı planlaşdırır.

90deqiqe.Az-ın “The Athletic"ə istinadən məlumatına görə, komandanın hücum xətti üçün nəzərdən keçirilən variantlardan biri “Yuventus”un vingeri Kənan Yıldız olub.

Turin təmsilçisi 21 yaşlı futbolçu ilə yollarını ayırmaq niyyətində olmadığını bildirib. Bundan sonra “Arsenal” digər namizədlərə yönəlib.

Türkiyəli futbolçu ötən mövsüm İtaliya A Seriyasında 36 oyunda 10 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

O, UEFA Çempionlar Liqasında isə 10 matçda 4 qol ötürməsi ilə komandasına töhfə verib.

Futbolçunun “Yuventus”la müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir, onun bazar dəyəri isə 75 milyon avro olaraq qiymətləndirilir.







Transfer