- Transfer
- 23:56 09.06.2026
“Yuventus” yarımmüdafiəçi Mattia Liberali ilə maraqlanır.
90deqiqe.Az-ın məlumata görə, bu barədə “Sempre Milan” portalı məlumat yayıb.
Turin təmsilçisi artıq futbolçunun agenti və klubu ilə danışıqlara başlayıb.
19 yaşlı Liberali mövsümün ikinci yarısını “Katandzaro” klubunda keçirib. Komanda A Seriyasına yüksəlmək uğrunda pley-off mərhələsində mübarizəni dayandırıb.
Daha əvvəl futbolçunun inkişafı ilə “Parma” və “Sassuolo” klublarının da maraqlandığı bildirilir.
Yarımmüdafiəçi mövsüm ərzində 30 oyunda 4 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Liberali daha əvvəl “Milan” akademiyasında çıxış edib və İtaliya 17 yaşadək futbolçulardan ibarət millisinin heyətində Avropa çempionu olub.
O, A Seriyasında debütünü 2024-cü il dekabrın 15-də “Cenoa”ya qarşı matçda edib.
Ötən yay tərəflər yeni müqavilə ilə bağlı razılığa gələ bilmədikdən sonra futbolçu “Milan”dan ayrılıb və 2029-cu ilə qədər “Katandzaro” ilə müqavilə imzalayıb.
Razılaşmaya əsasən, “Milan” futbolçunun gələcək transferindən 50 faiz pay əldə edəcək, həmçinin onu transfer dəyərinin təxminən yarısı məbləğində geri alma hüququna sahibdir.
Liberali yaxın həftələrdə 19 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatında da çıxış edəcək və burada top klubların diqqətini cəlb etməyə çalışacaq.