10 iyun 2026. Çərşənbə

David Alaba “Milan”a keçə bilər


  • Transfer
  • 23:52 09.06.2026
  • Oxunma sayı: 37
David Alaba “Milan”a keçə bilər

Təcrübəli müdafiəçi David Alaba, əgər Ralf Ranqnik klubun idman direktoru vəzifəsinə təyin olunarsa, “Milan”a keçə bilər.

 90deqiqe.Az-ın məlumata görə, bu barədə “La Gazzetta dello Sport” xəbər verir.

Mənbənin məlumatına görə, hazırda Madrid “Real”ında çıxış edən və əvvəllər “Bavariya”da oynamış 33 yaşlı müdafiəçi karyerasında yeni mərhələyə yaxınlaşır və klub dəyişməsini nəzərdən keçirir.

Bu prosesdə əlaqələndirici şəxs Ranqnikdir. O, futbolçunu yaxşı tanıyır və onun böyük tərəfdarlarından biridir.

“Milan” Alabanı müdafiə xəttinin gücləndirilməsi üçün nəzərdən keçirir, lakin müəyyən şərtlər daxilində ona yarımmüdafiədə də rol verə bilər.

Futbolçunun “Real”la müqaviləsi 30 iyun tarixində başa çatır.

Alaba transferi ilə bağlı əsas risk onun zədələrlə bağlı vəziyyətidir: son 5 mövsümdə İspaniyada təxminən 140 oyunu buraxıb.







Transfer