12 iyun 2026. Cümə

Markos Senesi karyerasını “Tottenhem”də davam etdirəcək


  • Transfer
  • 22:55 10.06.2026
  • Oxunma sayı: 22
Markos Senesi karyerasını “Tottenhem”də davam etdirəcək

Mərkəz müdafiəçisi Markos Senesi bundan sonra “Tottenhem”in formasını geyinəcək.

90deqiqe.Az  klubun rəsmi saytına istinadla xəbər verir ki, argentinalı futbolçu ilə müqavilə imzalanıb. Müqavilə iyulun 1-dən qüvvəyə minəcək.

29 yaşlı Senesi “Bornmut”la müqaviləsinin başa çatmasından sonra azad agent statusunda “Tottenhem”ə qoşulur.

Argentinalı müdafiəçi “albalılar”ın heyətində keçirdiyi dörd mövsüm ərzində 128 rəsmi oyunda meydana çıxıb. O, bu qarşılaşmalarda altı qol vurub və komanda yoldaşlarına 10 məhsuldar ötürmə verib.

“Tottenhem” ötən mövsüm İngiltərə çempionatını 17-ci pillədə başa vurub. Roberto de Dzerbinin rəhbərlik etdiyi komanda növbəti mövsümdə Avropa klub turnirlərində iştirak etməyəcək.







Transfer