27 iyul 2026. Bazar ertəsi

“Real” Valverde və Kamavinqa üçün qiymət müəyyənləşdirdi


  • Transfer
  • 23:17 10.06.2026
  • Oxunma sayı: 69
“Real” Valverde və Kamavinqa üçün qiymət müəyyənləşdirdi

Yarımmüdafiəçilər Federiko Valverde və Eduardo Kamavinqa bu yay “Real”dan ayrıla bilərlər.

90deqiqe.Az-ın “Foot Mercato"ya istinadən məlumatına görə, Madrid təmsilçisi bu futbolçuların transferi ilə bağlı təklif daxil olacağı halda tələb edəcəyi məbləği artıq müəyyənləşdirib.

Kamavinqa üçün “Kral klubu” 80-100 milyon avro aralığında məbləğ tələb edəcək. Valverdeyə gəlincə, “Real” onu 100-120 milyon avro qarşılığında buraxmağa hazırdır.

2025/26 mövsümündə Eduardo Kamavinqa “Real”ın heyətində bütün yarışlarda 43 oyunda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Federiko Valverde isə başa çatan mövsümdə 49 matça çıxıb, 9 qol vurub və komanda yoldaşlarının 13 qoluna birbaşa töhfə verib.







Transfer

Dovbik "Roma"dan ayrıla bilər
  • Transfer
  • 18:18 26.07.2026
Dovbik "Roma"dan ayrıla bilər