11 iyun 2026. Cümə axşamı

“İnter” Dumfrisin əvəzləyicisini İngiltərədə tapdı


  • Transfer
  • 23:21 10.06.2026
  • Oxunma sayı: 21
“İnter” Dumfrisin əvəzləyicisini İngiltərədə tapdı

Müdafiəçi Denzel Dumfris bu yay “İnter”dən ayrılacaq və karyerasını “Real”da davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, Milan təmsilçisi artıq Dumfrisin əvəzləyicisini axtarmağa başlayıb. İtaliya klubu niderlandlı futbolçunun yerinə “Çelsi”nin sağ cinah müdafiəçisi Malo Güstonu nəzərdən keçirir. Fransalı oyunçu “İnter”in əsas namizədlərindən biridir.

Malo Güsto 2023-cü ildə 30 milyon avro qarşılığında “Lion”dan “Çelsi”yə keçib. Onun London klubu ilə müqaviləsinin müddəti 2030-cu il iyunun 30-dək qüvvədədir.

2025/26 mövsümündə müdafiəçi “Çelsi”nin heyətində bütün yarışlarda 49 oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Transfer bazarı üzrə ixtisaslaşmış mənbələrin qiymətləndirməsinə əsasən, Malo Güstonun hazırkı bazar dəyəri 35 milyon avro təşkil edir.







Transfer