17 iyul 2026. Cümə

“Real” Qvardiol üçün hərəkətə keçdi


  • Transfer
  • 23:23 10.06.2026
  • Oxunma sayı: 69
“Real” Qvardiol üçün hərəkətə keçdi

“Mançester Siti”nin müdafiəçisi Yoşko Qvardiolun gələcəyi qeyri-müəyyən olaraq qalır.

90deqiqe.Az-ın məlumatına görə, xorvatiyalı futbolçu karyerasını davam etdirmək üçün iki variant arasında seçim etməlidir: ya “şəhərlilər”lə müqaviləsini uzadacaq, ya da bu yay Madrid “Real”ına transfer olunacaq. Bildirilir ki, yeni müqavilə ilə bağlı təklif artıq oyunçuya təqdim edilib.

Madrid təmsilçisi Qvardiolla ciddi şəkildə maraqlanır. Bununla yanaşı, “Mançester Siti” də müdafiəçini komandada saxlamaq üçün ona yeni müqavilə imzalatmağa çalışır.

Məlumatda qeyd olunur ki, “Bavariya” futbolçunun transferi uğrunda mübarizədə iştirak etmir. Münhen klubu Qvardiolun oyun keyfiyyətlərini yüksək qiymətləndirsə də, onun transfer dəyəri “Bavariya” üçün həddindən artıq yüksək hesab olunur.







Transfer