12 iyun 2026. Cümə

Mourinyo Bernardo Silvanı “Real”da görmək istəyir


  • Transfer
  • 21:47 11.06.2026
  • Oxunma sayı: 38
Mourinyo Bernardo Silvanı “Real”da görmək istəyir

“Real” klubu “Mançester Siti”nin sabiq yarımmüdafiəçisi Bernardo Silvaya rəsmi təklif göndərib.

 90deqiqe.Az xəbər verir ki, 31 yaşlı futbolçunun transferi ilə bağlı danışıqlarda irəliləyiş əldə olunub.

“Real”ın baş məşqçi postuna təyin olunmağa yaxın olan Joze Mourinyo Bernardo Silvanın komandaya cəlb edilməsində israrlıdır. Madrid təmsilçisi portuqaliyalı futbolçunun transferi uğrunda mübarizədə “Barselona” və “Atletiko Madrid”i qabaqlaya biləcəyinə inanır.

Bundan əvvəl mətbuatda Bernardo Silvanın “Barselona” ilə iki illik müqavilə imzalaya biləcəyi barədə xəbərlər yayılmışdı. Bildirilirdi ki, yarımmüdafiəçi Kataloniya klubunun ölkə çempionatının maliyyə tələblərinə uyğunlaşmasına kömək etmək üçün maaşında endirimə getməyə də hazırdır.







Transfer