12 iyun 2026. Cümə

PSJ Maykl Olise üçün hərəkətə keçdi


  • Transfer
  • 22:11 11.06.2026
  • Oxunma sayı: 38
PSJ Maykl Olise üçün hərəkətə keçdi

PSJ yay transfer dövründə “Bavariya”nın cinah hücumçusu Maykl Oliseni heyətinə qatmaq niyyətindədir.

90deqiqe.Az-ın “L'Equipe"yə istinadən məlumatına görə, Paris təmsilçisi fransalı futbolçunu komandaya keçməyə razı sala biləcəyinə inanır. Bildirilir ki, maliyyə məsələsi PSJ üçün maneə yaratmayacaq.

Həmçinin hücumçu Bredli Barkolanın mümkün gedişi Maykl Olisenin transferinin reallaşmasına kömək edə bilər.

Maykl Olise ötən mövsüm bütün turnirlərdə 52 oyunda meydana çıxıb. O, bu görüşlərdə 22 qol vurub və 31 məhsuldar ötürmə ilə yadda qalıb.

Futbolçunun klubla qüvvədə olan müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Transfer bazarı üzrə ixtisaslaşmış platformaların məlumatına əsasən, onun təxmini bazar dəyəri 150 milyon avro təşkil edir.







Transfer