27 iyul 2026. Bazar ertəsi

Mourinyo “Real Madrid”ə ikinci dəfə qayıtdı


  • Transfer
  • 22:16 11.06.2026
  • Oxunma sayı: 118
Mourinyo “Real Madrid”ə ikinci dəfə qayıtdı

Portuqaliyalı çalışdırıcı Joze Mourinyo “Real” klubunun baş məşqçisi təyin olunub.

90deqiqe.Az klubun rəsmi saytına istinadla xəbər verir ki, mütəxəssislə müqavilə 2029-cu il iyunun 30-dək bağlanıb.

 Madrid klubunun Direktorlar Şurası cümə axşamı Florentino Peresin sədrliyi ilə keçirilən iclasda birinci komandanın baş məşqçisi vəzifəsinə Joze Mourinyonun təyin olunması barədə qərar qəbul edib. Müqavilə üç mövsüm müddətini əhatə edir və 2029-cu il iyunun 30-da başa çatacaq.

Joze Mourinyo 13 iyul tarixində — mövsümöncəsi hazırlıqların başladığı gün komandaya qoşulacaq.

Qeyd edək ki, portuqaliyalı mütəxəssis 2010–2013-cü illərdə də Madrid klubuna rəhbərlik edib və bu dövrdə “Real”la İspaniya çempionluğu və ölkə kubokunu qazanıb.







Transfer

Dovbik "Roma"dan ayrıla bilər
  • Transfer
  • 18:18 26.07.2026
Dovbik "Roma"dan ayrıla bilər