27 iyul 2026. Bazar ertəsi

Mourinyo “Mançester Siti”nin iki futbolçusunu “Real”da görmək istəyir


  • Transfer
  • 22:26 11.06.2026
  • Oxunma sayı: 112
Mourinyo “Mançester Siti”nin iki futbolçusunu “Real”da görmək istəyir

“Real” klubunda “Mançester Siti”nin müdafiəçiləri Ruben Diaş və Mateuş Nunyesin transferi müzakirə olunur.

90deqiqe.Az-ın “Caught Offside"yə istinadən məlumatına görə, “Real”ın baş məşqçi postuna təyin olunan Joze Mourinyo portuqaliyalı futbolçuların transferində maraqlıdır. 

Bildirilir ki, “Mançester Siti” rəhbərliyi Ruben Diaş və Mateuş Nunyesi satmaq istəmir. Lakin Xosep Qvardiolanın baş məşqçi vəzifəsindən ayrılmasından sonra klubdakı bəzi futbolçuların gələcəyi qeyri-müəyyən olaraq qalır.

Qeyd olunur ki, Qvardiolanın gedişi bəzi oyunçular üçün ciddi itki hesab edilib, lakin onların arasında Diaş və Nunyesin olub-olmadığı dəqiqləşdirilmir.







Transfer

Dovbik "Roma"dan ayrıla bilər
  • Transfer
  • 18:18 26.07.2026
Dovbik "Roma"dan ayrıla bilər