- Transfer
- 23:53 11.06.2026
“Arsenal” Fransa millisinin 19 yaşadək futbolçulardan ibarət komandasının və PSJ-nin perspektivli mərkəz müdafiəçisi Emmanuel Mbembanı transfer etməyi nəzərdən keçirir.
90deqiqe.Az-ın məlumatına görə,bu barədə “The Athletic” məlumat yayıb.
18 yaşlı futbolçu həm mərkəz müdafiəçisi, həm də sol cinahda oynamaq bacarığı ilə seçilir və Paris klubunun akademiyasının ən istedadlı yetirmələrindən biri hesab olunur. Mənbənin məlumatına görə, onun müqaviləsi bu yay başa çatır.
Artıq London klubunda mümkün transferlə bağlı ilkin müzakirələr aparılıb. “Arsenal” futbolçunun komandaya uyğunluğunu və maliyyə şərtlərini dəyərləndirir.
Skautların fikrincə, Mbemba yüksək potensiala malikdir və güclü, dominant müdafiəçi kimi xarakterizə olunur. Ona bir neçə Avropa klubu da maraq göstərir, lakin “Arsenal” rəqiblərini qabaqlamağa çalışır.
Ötən mövsüm Mbemba “Paris Sen-Jermen”in gənclər komandasında 27 oyun keçirib, 2 qol vurub və 4 sarı vərəqə alıb.