- Transfer
- 23:53 11.06.2026
Argentinalı yarımmüdafiəçi Niko Pasın Madrid “Real”ına qayıdışı ehtimalı xeyli azalıb.
90deqiqe.Az-ın məlumatına görə, “kral klubu” əgər Bernardu Silvanı transfer etsə, Pasın “Real”a qayıtması baş tutmayacaq.
Gözlənilir ki, 21 yaşlı futbolçu müntəzəm oyun praktikası qazanmaq istədiyi üçün ən azı daha bir mövsüm “Komo” klubunda qalacaq. Bundan əlavə, “Real Madrid”in yeni baş məşqçisi Joze Mourinyo da Pası transfer etmək niyyətində deyil və daha çox Silvanın keçidini üstün tutur.
Qeyd edək ki, Pas “Real Madrid”in yetirməsidir. O, 2024-cü ildə “Komo”ya transfer olunub. Ötən mövsüm yarımmüdafiəçi İtaliya klubunun heyətində 40 oyunda 13 qol vurub və 8 məhsuldar ötürmə verib.
Futbolçunun transfer dəyəri son iki ildə kəskin artaraq 10 milyon avrodan 80 milyon avroya yüksəlib.