- Transfer
- 23:53 11.06.2026
“Liverpul” italiyalı cinah hücumçusu Federiko Kyezanın satışından əldə etmək istədiyi məbləği açıqlayıb.
90deqiqe.Az-ın “CaughtOffside"yə istinadən məlumatına görə, Mersisayd təmsilçisi 28 yaşlı futbolçu üçün yay transfer pəncərəsində təxminən 19,7 milyon avro məbləğində təklif olacağı halda onun gedişinə razı olacaq.
Qeyd edək ki, “Liverpul” 2024-cü ilin yayında Kyezanı “Yuventus”dan 12 milyon avroya transfer etmişdi.
Geridə qalan mövsümdə futbolçu bütün turnirlərdə 36 oyunda iştirak edib, 3 qol vurub və 3 məhsuldar ötürmə verib.
Kyezanın klubla mövcud müqaviləsi 2028-ci ilin ortalarınadək qüvvədədir. Daha əvvəl futbolçu “Yuventus”a məmnuniyyətlə qayıda biləcəyini bildirmişdi.