19 iyun 2026. Cümə

"Portu" sabiq futbolçusunu geri qaytardı


  • Transfer
  • 23:00 12.06.2026
  • Oxunma sayı: 61
"Portu" sabiq futbolçusunu geri qaytardı

Portuqaliya çempionu "Portu" heyətini yeni futbolçu ilə gücləndirib.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayımlanıb.

Mərkəz hücumçusu Andre Silva azad agent statusunda yenidən "Portu"ya qoşulub. Beləliklə, portuqaliyalı futbolçu 2011-2017-ci illərdə çıxış etdiyi doğma klubuna geri dönüb.

Andre Silva ötən mövsüm İspaniyanın "Elçe" klubunun formasını geyinib. O, bütün yarışlarda keçirdiyi 32 oyunda 10 qola imza atıb.

30 yaşlı hücumçu ilə imzalanan müqavilə 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Razılaşmada əməkdaşlığın daha bir mövsüm uzadılması imkanı da yer alıb.

Qeyd edək ki, Andre Silva karyerası ərzində "Milan", "Leyptsiq", "Ayntraxt", "Real Sosyedad" və digər klubların da şərəfini qoruyub.







Transfer