- Transfer
- 23:54 18.06.2026
Avstriya millisinin baş məşqçisi Ralf Ranqnik gələcəyi ilə bağlı qərarını verib.
90deqiqe.Az xəbər verir ki, bu barədə İtaliyanın “La Gazzetta dello Sport” nəşri məlumat yayıb.
Mütəxəssis son günlərdə danışıqlar apardığı “Milan” klubunun təklifini rədd edib. Ranqnik Avstriya millisinin başında qalmaq istədiyini bildirib və bu barədə “rossoneri” rəhbərliyini də məlumatlandırıb.
Qeyd edək ki, Ranqnik İtaliya klubunda idman direktoru vəzifəsini də tuta bilərdi. Bir neçə gün əvvəl o, “Milan” rəhbərliyinə bir sıra tələblər irəli sürüb, lakin İtaliya tərəfinin cavabını gözləməkdən yorulduğu bildirilir.
2026-cı il dünya çempionatında Avstriya yığması Ranqnikin rəhbərliyi altında J qrupunda yer alır. Qrupda Argentina, İordaniya və Əlcəzair milliləri də mübarizə aparır. Avstriya yığması 17 iyunda Əlcəzairə qarşı ilk oyununu keçirəcək.