19 iyun 2026. Cümə

PSJ “Vest Hem”dən iki futbolçunu hədəfləyib


  • Transfer
  • 23:49 12.06.2026
  • Oxunma sayı: 59
PSJ “Vest Hem”dən iki futbolçunu hədəfləyib

PSJ “Vest Hem”in yarımmüdafiəçisi Mateuş Fernandes və hücumçusu Krisensio Samervillə maraqlanır.

90deqiqe.Az xəbər verir ki, bu barədə “Footmercato” məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, hər iki futbolçu “Vest Hem”in İngiltərə Premyer Liqasından düşməsindən sonra transfer üçün əlçatan vəziyyətə gəlib. London klubu Fernandes və Samervillin ümumi dəyərini 130 milyon avro olaraq qiymətləndirir. Qeyd olunub ki, hazırda Paris təmsilçisi rəsmi təklif irəli sürməyib.

Ötən mövsümdə Fernandes bütün turnirlərdə 42 oyuna çıxaraq 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Samervill isə 34 oyunda 7 qol vurub və 5 məhsuldar ötürmə edib.







Transfer