1 oktyabr 2026. Cümə axşamı

“Barselona” Alvares alınmasa Nunesə yönələ bilər


  • Transfer
  • 23:55 12.06.2026
  • Oxunma sayı: 140
“Barselona” Alvares alınmasa Nunesə yönələ bilər

“Barselona”nın hücum xətti üçün transfer bazarında mümkün variantlardan biri “Əl-Hilal”ın forvardı Darvin Nunesdir.

90deqiqe.Az xəbər verir ki, Kataloniya klubunun əsas hədəfi Madrid “Atletiko”sunun futbolçusu Xulian Alvares olaraq qalır. Lakin argentinalı hücumçunun transferi “matrasniklər”in danışıqlara qəti şəkildə razı olmaması səbəbindən olduqca çətin görünür.

“Mundo Deportivo”nun məlumatına görə, Nunes “Barselona” üçün Alvaresə nisbətən daha ucuz alternativ ola bilər. Bildirilir ki, Səudiyyə Ərəbistanı klubunda uruqvaylı futbolçuya ciddi şəkildə ümid edilmir və onun sərbəst buraxılması ehtimalı yüksəkdir.

Qeyd edək ki, Darvin Nunes ötən yay İngiltərənin “Liverpul” klubundan “Əl-Hilal”a transfer olunub. Hücumçu iyunun 24-də 27 yaşını qeyd edəcək.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir