- Transfer
- 23:24 14.07.2026
“Milan” “Əl-Əhli”nin baş məşqçisi Mattias Yayssle ilə danışıqları bərpa edib.
90deqiqe.Az xəbər verir ki, tərəflər artıq şəxsi görüş də keçirib.
Qərarın klubun texniki direktor postuna Ralf Ranqnikin gəlişindən asılı olan Oliver Qlasner variantı ilə bağlı qeyri-müəyyənlik fonunda qəbul edildiyi qeyd olunur. Son məlumatlara görə, alman mütəxəssis uzanan danışıqlardan məyus olub və Avstriya millisində qalmağa qərar verib.
Yayssle hazırda “Əl-Əhli”də uğurlu fəaliyyət göstərir və komanda ilə Asiya Çempionlar Liqasını qazanıb. Onun mümkün keçidini çətinləşdirən amil isə müqaviləsində nəzərdə tutulan 6 milyon avro məbləğində təzminat bəndidir.
“Milan”ın baş məşqçi ilə bağlı yekun qərarı hələ verilməyib. Alternativlər arasında Ruben Amorim, Arne Slot və Maurisio Poçettino da göstərilir.