15 iyun 2026. Bazar ertəsi

“Çelsi” “Yuventus”un hücumçusunu heyətinə qatmaq istəyir


  • Transfer
  • 22:24 13.06.2026
  • Oxunma sayı: 23
“Çelsi” “Yuventus”un hücumçusunu heyətinə qatmaq istəyir

“Çelsi” “Yuventus”un hücumçusu Kənan Yıldızı transfer etməyə hazırlaşır.

90deqiqe.Az xəbər verir ki, London təmsilçisi türkiyəli futbolçunun keçidi üçün 50 milyon funt sterlinq və Alejandro Qarnaçonu təklif etməyə hazırdır. Tərəflər artıq bu transferlə bağlı birbaşa danışıqlar aparıblar.

“Zadəganlar” Kənan Yıldızın transferi üçün tələb olunan 100 milyon funt sterlinqi ödəmək niyyətində deyil. Buna görə də klub argentinalı futbolçunu sövdələşməyə daxil etməyi planlaşdırır.

Kənan Yıldız 2022-ci ildə Almaniya nəhəngi “Bavariya”dan ayrılaraq azad agent statusunda “Yuventus”a keçib. Onun Turin klubu ilə müqaviləsinin müddəti 2030-cu il iyunun 30-dək qüvvədədir.

Türkiyə millisinin üzvü 2025/26 mövsümündə “Yuventus”un heyətində bütün turnirlər daxil olmaqla 47 oyunda meydana çıxıb, 11 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer