- Transfer
- 23:38 14.06.2026
Fransalı hücumçu Bredli Barkola yay transfer dövründə PSJ-dən ayrıla bilər.
90deqiqe.Az-ın “CentreGoalHQ"a istinadən məlumatına görə, futbolçunun xidmətində “Çelsi” klubu maraqlıdır. İngiltərə təmsilçisi Barkolanı bu yay üçün əsas transfer hədəfi kimi müəyyənləşdirib.
“Zadəganlar”ın yeni baş məşqçisi Xabi Alonso hesab edir ki, Bredli Barkola komandanın layihəsində çatışmayan əsas halqadır.
Bredli Barkola 2023-cü ildə “Lion”dan PSJ-yə 45 milyon avro qarşılığında transfer olunub. Onun Paris təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci il iyunun 30-dək nəzərdə tutulub.
Hücumçu 2025/26 mövsümündə bütün yarışlar daxil olmaqla PSJ-nin heyətində 49 oyuna çıxıb. O, bu görüşlərdə 13 qol vurub və yeddi məhsuldar ötürmə ilə yadda qalıb.
Futbolçunun bazar dəyəri 70 milyon avro qiymətləndirilir.