- Transfer
- 23:38 14.06.2026
İspaniyalı çalışdırıcı Alvaro Arbeloa yaxın vaxtlarda İngiltərə Premyer Liqasında məşqçi kimi fəaliyyətə başlaya bilər.
90deqiqe.Az xəbər verir ki, 43 yaşlı mütəxəssis ilə “Fulhem” arasında aparılan danışıqlar müsbət istiqamətdə davam edir. Son günlər tərəflərin mövqelərinin bir-birinə daha da yaxınlaşdığı bildirilir.
Qeyd olunur ki, bəzi məqamlar hələ də razılaşdırılmalıdır. Buna baxmayaraq, tərəflər arasında nikbin əhval-ruhiyyə hökm sürür. Danışıqların müqavilənin imzalanması ilə nəticələnəcəyinə inam böyükdür.
“Fulhem” ötən mövsüm İngiltərə Premyer Liqasını 11-ci pillədə başa vurub. Komandanın əvvəlki baş məşqçisi Marku Silva klubdan ayrılaraq Portuqaliyanın “Benfika” komandasının sükanı arxasına keçib.