15 iyun 2026. Bazar ertəsi

Palinya yenidən “Sportinq”ə qayıda bilər


  • Transfer
  • 23:06 13.06.2026
  • Oxunma sayı: 43
Palinya yenidən “Sportinq”ə qayıda bilər

“Bavariya”nın yarımmüdafiəçisi Joau Palinya bu yay Portuqaliyanın “Sportinq” klubuna qayıda bilər.

90deqiqe.Az-ın “A Bola"ya istinadən məlumatına görə, Lissabon təmsilçisi portuqaliyalı futbolçunun xidmətində ciddi maraq göstərir. Yarımmüdafiəçi ilə İngiltərənin “Tottenhem” klubu da maraqlanır.  

Bildirilir ki, Münhen təmsilçisi futbolçu üçün tələb etdiyi məbləği 30 milyon avrodan 25 milyon avroyadək endirməyə hazırdır.

Mənbənin məlumatına əsasən, Palinya hazırda “Bavariya”nın məşqçilər heyətinin planlarına daxil deyil. Halbuki Almaniya nəhəngi onun transferi üçün 2024-cü ilin yayında 51 milyon avro ödəmişdi.

 30 yaşlı futbolçu “Sportinq”ə qayıtmaq variantına müsbət yanaşır. Buna səbəb onun ailəsinə daha yaxın olmaq istəməsidir.

Qeyd edək ki, futbolçu ötən mövsümü icarə əsasında “Tottenhem”də keçirib.







Transfer