- Transfer
- 23:38 14.06.2026
PSJ-nin baş məşqçisi Luis Enrike komandanın cinah hücumçusu Bredli Barkolanı heyətdə saxlamaq istəyir.
90deqiqe.Az-ın “A Bola"ya istinadən məlumatına görə, yaxın günlərdə baş məşqçi ilə futbolçu arasında görüş keçiriləcək. Görüşdə fransız futbolçunun oyun vaxtı ilə bağlı məsələlər müzakirə olunacaq.
Barkola vəziyyətlə bağlı aydınlıq istəyir, lakin klubla münaqişəyə girmək niyyətində deyil.
Hazırda futbolçunun PSJ-dən ayrılması olduqca az ehtimal olunur. Buna baxmayaraq, Avropanın aparıcı klublarının ona maraq göstərdiyi bildirilir.
Qeyd olunur ki, Barkolanı yalnız Luis Enrike deyil, həm də klubun idman direktoru Luis Kampos və prezident Nasser Əl-Xəlaifi yüksək qiymətləndirir.
Futbolçu 2025/26 mövsümündə bütün turnirlərdə 49 oyuna çıxıb, 13 qol vurub və 7 məhsuldar ötürmə edib.