15 iyun 2026. Bazar ertəsi

Torres “Atletiko” ilə razılaşmağa yaxındır


  • Transfer
  • 23:22 13.06.2026
  • Oxunma sayı: 47
Torres “Atletiko” ilə razılaşmağa yaxındır

“Barselona”nın hücumçusu Ferran Torres “Atletiko Madrid” klubuna keçməyə yaxındır.

90deqiqe.Az-ın “ElNacional.cat"a istinadən məlumatına görə, futbolçu artıq Madrid şəhərində ev axtarmağa başlayıb. Bu isə onun yaxın vaxtlarda “matrasniklər”lə müqavilə imzalaya biləcəyinə işarə edir.

Ferran Torres 2022-ci ildə İngiltərənin “Mançester Siti” klubundan “Barselona”ya 55 milyon avro qarşılığında transfer olunub. Onun katalon klubu ilə müqaviləsinin müddəti 2027-ci il iyunun 30-dək nəzərdə tutulub.

Hücumçu 2025/26 mövsümündə bütün turnirlərdə 49 oyuna çıxıb, 21 qol vurub və 3 məhsuldar ötürmə edib.

Futbolçunun bazar dəyəri 50 milyon avro olaraq qiymətləndirilir.







Transfer