- Transfer
- 23:38 14.06.2026
“Tottenhem” “Brügge”nin müdafiəçisi Xoel Odonyezin transferi uğrunda mübarizədə önə çıxıb.
90deqiqe.Az-ın “CaughtOffside"ya istinadən məlumatına görə, futbolçu əvvəllər “Liverpul” və “Çelsi” klublarının da maraq dairəsində olub.
22 yaşlı Ekvador millisinin üzvü Odonyez Avropanın ən perspektivli mərkəz müdafiəçilərindən biri hesab olunur. O, ötən mövsüm “Brügge”nin heyətində Belçika çempionu olub.
Hazırda futbolçu dünya çempionatında Ekvador millisinin düşərgəsindədir.
Odonyez 2022-ci ildə Ekvadorun “İndependyente” klubundan “Brügge”yə transfer olunub və artıq Belçika təmsilçisinin heyətində 125-dən çox oyuna çıxıb.
Onun klubla müqaviləsi 2028/29 mövsümünün sonuna qədər qüvvədədir. Futbolçunun bazar dəyəri 33 milyon avro olaraq qiymətləndirilir.
“Brügge” futbolçunun satışında təzyiq altında deyil və yalnız ciddi təklif olacağı halda transferi müzakirə etməyə hazırdır.