15 iyun 2026. Bazar ertəsi

Roberto Mançini “Əl-Sədd”dən ayrıldı


  • Transfer
  • 23:27 13.06.2026
  • Oxunma sayı: 55
Roberto Mançini “Əl-Sədd”dən ayrıldı

İtaliyalı məşqçi Roberto Mançini Qətərin “Əl-Sədd” klubundan ayrılıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə məlumat komandanın sosial şəbəkə hesabında paylaşılıb.

Klubun açıqlamasında bildirilir:

“Qısa, lakin çox dəyərli bir dövr, saysız-hesabsız gözəl xatirələrlə dolu. Roberto Mançiniyə təşəkkür edirik, ümid edirik ki, bu hekayə bir gün davam edəcək. Yolunuzun növbəti mərhələsində sizə uğurlar arzulayırıq, yenidən görüşənədək!”

Mançini 2025-ci ilin noyabrında “Əl-Sədd”ə baş məşqçi təyin olunmuşdu. O, ötən mövsümdə komandaya ölkə çempionluğunu qazandırıb.

Mütəxəssisin karyerasında müxtəlif klublarla yanaşı, İtaliya milli komandası da yer alır. Onun rəhbərliyi altında İtaliya yığması 2020-ci il Avropa çempionatının qalibi olub.







Transfer