14 iyun 2026. Bazar günü

Endrik “İnter”ə keçə bilər

19 yaşlı braziliyalı


  • Transfer
  • 23:36 13.06.2026
  • Oxunma sayı: 47
Endrik “İnter”ə keçə bilər

“Real”ın hücumçusu Endrik karyerasını İtaliyanın “İnter” klubunda davam etdirə bilər.

90deqiqe.Az-ın “TUTTOmercatoWEB"ə istinadən məlumatına görə, hazırkı İtaliya çempionu futbolçunu satınalma şərti ilə icarəyə götürmək istəyir. Sözügedən şərtin 35–40 milyon avro civarında olduğu bildirilir.

Futbolçunu heyətində görmək istəyən təkcə “İnter”in baş məşqçisi Kristian Kivu deyil, həm də klubun prezidenti Cüzeppe Marottadır.

Bununla belə, “Real” rəhbərliyinin Endriki 40–45 milyon avro aralığında dəyərləndirdiyi qeyd olunur.

Hücumçu ötən mövsümün ikinci yarısını icarə əsasında Fransanın “Lion” klubunda keçirib. O, bu müddətdə 21 oyunda 8 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer