- Transfer
- 22:07 14.06.2026
“Osasuna”nın cinah hücumçusu Viktor Munyos karyerasını İngiltərənin “Nyukasl” klubunda davam etdirə bilər.
90deqiqe.Az-ın “AS"a istinadən məlumatına görə, 22 yaşlı futbolçunun müqaviləsində 40 milyon avro məbləğində sərbəstqalma bəndi olsa da, transfer “Nyukasl”a 30 milyon avro və əlavə olaraq fərdi göstəricilərdən asılı bonuslar hesabına başa gələcək.
Bildirilir ki, razılaşma yaxın zamanda rəsmiləşə bilər.
Qeyd olunur ki, transfer məbləğinin 50 faizi Madrid “Real”ına çatacaq. İspaniya nəhəngi ötən yay Munyosu “Osasuna”ya 5 milyon avroya satmışdı.
Futbolçu ötən mövsümdə bütün turnirlərdə 36 oyuna çıxıb, 7 qol vurub və 5 məhsuldar ötürmə edib.