14 iyun 2026. Bazar günü

Paletra A Seriyasından İngiltərəyə gedir


  • Transfer
  • 23:45 13.06.2026
  • Oxunma sayı: 46
Paletra A Seriyasından İngiltərəyə gedir

“Atalanta”nın cinah müdafiəçisi Marko Palestra İngiltərənin “Mançester Siti” klubuna transferə yaxınlaşır.

90deqiqe.Az-ın “City Xtra"ya istinadən məlumatına görə, 21 yaşlı futbolçu ilə şəxsi müqavilənin bütün şərtləri artıq razılaşdırılıb.

Bununla belə, italiyalı futbolçu uğrunda mübarizə davam edir. “İnter” də yarışda qalır, lakin “Atalanta” hələ ki heç bir klubla transfer məbləği barədə yekun razılığa gəlməyib.

Futbolçu ötən mövsümü İtaliya A Seriyasında icarə əsasında “Kalyari” klubunda keçirib. O, 37 oyunda meydana çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə edib.

Mövsümün yekunlarına əsasən, Palestra İtaliya A Seriyasının ən yaxşı müdafiəçisi seçilib.







Transfer